Rəfael Ağayevin yarımfinaldakı rəqibi bilindi

  Bölmə: Olimpiya Növləri | 803 | 16:10 06-08-2021
Rəfael Ağayevin yarımfinaldakı rəqibi bilindi

Karateçimiz Rafael Ağayev (75 kq.) bu gün Tokio-2020-də mübarizəyə başlayıb.

İdmançımız B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajikanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, ən azı bürünc medalı da təmin edəcək. O, artıq ilk üç döyüşündə qələbə qazanıb və liderliyə yüksəlib və son görüşün nəticəsindən asılı olmayaraq yarımfinala yüksəlib. O, son görüşündə italiyalı rəqibi Luici Busaya uduzaraq ikinci yeri tutub.

Yarımfinalda idmançımızın rəqibi Karol Harspataki (Macarıstan) olub. Harspataki  Avropa Oyunlarının (2019) bürünc mükafatçısıdır. O, Avropa çempionatında gümüş (2018) və bürünc (2017) medal da qazanıb. Digər yarımfinalda  Luici Busa ilə Ukrayna idmançısı Avropa çempionu, Dünya və Avropa oyunlarının qalibi, dünya çempionatının bürünc mükafatçısı Stanislav Horuna qarşılaşacaq.

Bu çəkidə yarımfinal matçlarının Bakı vaxtı ilə saat 15.22-də, final görüşünün isə 15.50-də başlaması nəzərdə tutulur. Amma görüşlərin bir qədər gec başlayacağı istisna deyil.


Agayevin döyüş proqramı:

1) Rəfael Ağayev - Noa Biç - 2:1.
2) Rəfael Ağayev - Çuneari Yahiro - 5:0
3) Rəfael Ağayev - Nurkanat Ajikanov - 3:2

4) Rəfael Ağayev - Luici Busa - 1:3.

 

 

 

Qeyd edək ki, beşqat dünya çempionu Ağayevin əsas rəqibi Luici Busa sayılır. O, ikiqat dünya, altıqat Avropa çempionudur. Ağayev 2015-ci ikdə Bakıdakı Avropa Oyunlarının finalında Busaya qalib gəlib. Digər rəqib Noa Biç Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Çuneari Yahiro isə Dünya Oyunlarının bürünc mükafatçısıdır. Nurkanat Ajikanov isə yeniyetmələr arasında Asiya oyunlarının gümüş mükafatını qazanıb.


Digər xəbərlər