Tokio-2020: Azərbaycan 6-cı medalı təmin edib

  Bölmə: Olimpiya Növləri | 888 | 11:59 07-08-2021
Tokio-2020: Azərbaycan 6-cı medalı təmin edib

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.

Buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub.

Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib. Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.


Digər xəbərlər