Karateçimizdən gümüş medal

  Bölmə: Olimpiya Növləri | 815 | 16:11 07-08-2021
Karateçimizdən gümüş medal

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

61 kq-dan yuxarı çəkidə çıxış edən dünya və Avropa çempionu idmançımız A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb. İdmançımız  daha sonra Sofya Berultsevaya (Qazaxıstan) ilə üz-üzə gəlib və 4:5 hesab ilə uduzub.

İrina qrupda son döyüşünü  türkiyəli Meltem Akyola qarşı keçirib.  4:0 hesabı ilə qalib gələn karateçimiz qrup lideri kimi  yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.Yarımfinalda onun rəqibi Çin karateçisi Gong Li olub. 7:2 hesabı ilə qalib gələn idmançımız ən az gümüş medalı təmin edib.

Finalda onun rəqibi Misir karateçisi Feryal Abdelazez olub. 0:2 hesabı ilə uduzan İrina gümüş medalla kifayətlənib.


Digər xəbərlər