Tokio-2020: Azərbaycan karateçiləri Bakıya qayıdıb

  Bölmə: Olimpiya Növləri | 626 | 11:57 09-08-2021
Tokio-2020: Azərbaycan karateçiləri Bakıya qayıdıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan karateçiləri Bakıya qayıdıb.

Onları Azərbaycan Milli Karate Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər qarşılayıb.

Qeyd edək ki, Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) Tokio-2020-də gümüş medal qazanıb. Firdovsi Fərzəliyev (67 kq) isə yarışı medalsız başa vurub.


Digər xəbərlər