Lionel Messi PSJ ilə müqavilə imzalayıb

Fransanın PSJ komandası İspaniya "Barselona"sından ayrılan argentinalı futbolçu Lionel Messi ilə müqavilə imzalayıb.
Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı forvard 2 illik sözləşməyə imza atıb. Müqavilənin müddəti sonradan daha bir il artırıla bilər.
PSJ-yə keçidi ilə bağlı təəssüratlarını bölüşən ulduz futbolçu karyerasında yeni səhifə açdığı üçün xoşbət olduğunu bildirib: "Bu klubda hər şey mənim hədəflərimlə üst-üstə düşür. Burada necə istedadlı kollektiv və məşqçilər heyətinin olduğunu bilirəm. Klub və azarkeşlər üçün xüsusi bir şey yaratmağa kömək etmək əzmindəyəm. "Park de Prens"də meydana çıxmağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.
Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.
-
Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatıb
...
-
Avropa çempionatında bu boksçular iştirak edəcək
...
-
Ağır Atletika Federasiyası məşqçilər, hakimlər və idmançılarla görüş keçirib
...
-
Azərbaycan Milli Avarçəkmə Federasiyasının adı dəyişdirilib
...
-
Ukraynalı olimpiya mükafatçıları Azərbaycan idman ictimaiyyətindən kömək istəyib
...
-
"Pekin-2022" Qış Olimpiya Oyunlarında idmançımız finala yüksəlib
...
-
Tel-Əvivdə bu cüdoçularımız yarışacaq
...
-
Fərid Qayıbov Pekindən geri dönür
...
-
Nazir Pekində idmançılarımızla görüşüb
...
-
Pekin-2022: Azərbaycan idmançısının finalda sıra nömrəsi bəlli olub
...