Olimpiya mükafatçımız BDU-nun hüquqşünaslıq fakültəsinin məzunu oldu

  Bölmə: Maqazin | 1576 | 13:56 17-08-2021
Olimpiya mükafatçımız BDU-nun hüquqşünaslıq fakültəsinin məzunu oldu

Olimpiya mükafatçımız BDU-nun hüquqşünaslıq fakültəsinin məzunu oldu.

Tokio -2020 Yay Olimpiya Oyunlarının gümüş medal sahibi Hacı Əliyev Bakı Dövlət Universitetinin(BDU) hüquqşünaslıq fakültəsini bitirib. Dünən BDU-nun rektoru Elçin Babayev üç qat dünya, üç qat Avropa çempionu və iki qat Olimpiya mükafatçısı Hacı Əliyevi qəbul edərək ilk öncə onu Tokio zəfərinə görə ürəkdən təbrik edib. Daha sonra rektor ölkəmizin ən ali təhsil ocaqlarından hesab edilən BDU-nun məzun diplomunu Hacı Əliyevə təqdim edib.   

Biz də həm OLİMPSPORT, həm də güləş sevərlər adından Hacı Əliyevi təbrik edir, ona öz şərəfli ixtisası üzrə daha da zirvələrdə olmağı arzulayırıq.


Digər xəbərlər