Dünya çempionatı: Azərbaycan güləşçisi finalda erməniyə rəqib olub

  Bölmə: Güləş | 493 | 16:31 21-08-2021
Dünya çempionatı: Azərbaycan güləşçisi finalda erməniyə rəqib olub

Azərbaycanın iki yunan-Roma güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov Fransa təmsilçisi Qagik Snjoyanı məğlubiyyətə uğradaraq finala yüksəlib. O, sabah qızıl medal uğrunda görüşdə Ermənistan güləşçisi Sahak Hovnannisyanla üz-üzə gələcək.

60 kq-da yarışan Nihat Məmmədli isə finala gedən yolda Dinislam Bammatovun (Rusiya) müqavimətini qıra bilməyib. Gənc pəhləvan bürünc medal uğrunda görüşə qatılacaq.

Xasay Həsənli (72 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşə qatılacaq.


Digər xəbərlər