Tokio-2020: Açılış mərasimində Əfqanıstan bayrağı da olacaq

  Bölmə: Olimpiya Növləri | 716 | 16:35 23-08-2021
Tokio-2020: Açılış mərasimində Əfqanıstan bayrağı da olacaq

Əfqanıstan bayrağı Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasiminə aparılacaq.

Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsons Yaponiya paytaxtında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yarışa qatıla bilməyəcək əfqanıstanlı idmançılarla həmrəylik əlaməti olaraq, belə qərar verilib: "Əfqanıstan bayrağı paralimpiadanın açılış mərasimində istifadə ediləcək. Biz onu daşımaq üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsini dəvət etmişik. Bu yolla həmrəyliyimizi nümayiş etdirmək istəyirik. Onların yarışda iştirakı ehtimal olunurdu. Təəssüf ki, bu, mümkün deyil".

Qeyd edək ki, Tokio-2020-də Əfqanıstanı iki idmançı təmsil etməli idi. Onlardan Zəkiyə Xudadadi ilk dəfə paralimpiadada iştirak hüququ qazanmış yerli qadın idmançı idi. Yığma avqustun 17-də Tokioya getməli olsa da, Əfqanıstandakı siyasiz vəziyyətlə əlaqədar yarışdan imtina edib.

Paralimpiada 24 avqust - 5 sentyabrda təşkil olunacaq.


Digər xəbərlər