Tokio-2020: Azərbaycan paralimpiyaçılarının açılışdakı sayı və sırası açıqlanıb

  Bölmə: Olimpiya Növləri | 904 | 10:13 24-08-2021
Tokio-2020: Azərbaycan paralimpiyaçılarının açılışdakı sayı və sırası açıqlanıb

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimindəki paradda 4-cü keçəcək.

Tədbirdə 20 nəfər iştirak edəcək. Onlardan 13-ü idmançı, 7-si isə nümayəndə heyətinin üzvüdür.

Azərbaycan bayrağını para-atlet Oloxan Musayev daşıyacaq.

Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbir azarkeşsiz keçiriləcək. Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.


Digər xəbərlər