"İrəli, "Qarabağ"!" - Almeydadan paylaşım

  Bölmə: Ölkə futbolu | 1137 | 01:19 28-08-2021
"İrəli, "Qarabağ"!" - Almeydadan paylaşım

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”ə 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəldikləri cavab oyunundan sonra  paylaşım edib.

O, özünün "İnstaqram" hesabında yazıb:

 

“Yenidən böyük komanda olan “Qarabağ”a qayıtmağıma görə özümü çox xoşbəxt hiss edirəm. 1 ildən sonra Avropa turnirində oynadım! Komandamla fəxr edirəm. Yenidən bu komandaya qayıtmaq imkanı verildiyinə görə, təşəkkür edirəm. Həmişə əlimdən gələni edəcəyəm! İrəli, "Qarabağ"! Hər şeyə görə minnətdəram, Tanrı!".


Digər xəbərlər