Azərbaycan paralimpiyaçıları üçüncü qızıl medalı qazanıb

  Bölmə: Olimpiya Növləri | 854 | 01:20 28-08-2021
Azərbaycan paralimpiyaçıları üçüncü qızıl medalı qazanıb

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Roman Saley paralimpiya çempionu olub. 


Digər xəbərlər