Azərbaycandan 6-cı qızıl medal

  Bölmə: Olimpiya Növləri | 856 | 17:18 28-08-2021
Azərbaycandan 6-cı qızıl medal

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.

81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.
 
Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub.


Digər xəbərlər