Futzal millimizin rəqibləri bilindi

  Bölmə: Ölkə futbolu | 893 | 00:17 31-08-2021
Futzal millimizin rəqibləri bilindi

Final mərhələsi 2022-ci ildə İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının bu gün püşkü atılıb.

Mübarizəyə əsas mərhələdən başlayacaq komandamız 7-ci qrupda yer alıb.
 
U-19 növbəti mərhələyə yüksəlmək üçün Xorvatiya, Belarus və Latviya ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn il 15-20 mart tarixlərində Xorvatiyada təşkil olunacaq. Yalnız qrup lideri final mərhələsinə vəsiqə qazanacaq.


Digər xəbərlər