Aydıın İbrahimov vəfat etdi

  Bölmə: Güləş | 847 | 09:55 03-09-2021
Aydıın İbrahimov vəfat etdi
Əziz güləşsevərlər, çox təəssüf ki, günü çox ağır xəbərlə açırıq.
 
Adını Azərbaycan güləş tarixinə qızıl hərflərlə yazdırmış, güləşdə ilklərə imza atmış Aydın İbrahimov 82 yaşında dünyasını dəyişib.
 
Bir neçə gün öncə koronavirusa yoluxan veteran güləşçimiz Yeni Klinikada müalicə olunurdu. Ancaq həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Aydın İbrahimov sentyabrın 2-dən 3-ə keçən gecə vəfat edib.
Azərbaycan Güləş Federasiyası mərhumun ailə üzvlərinə və bütün güləş ictimaiyyətinə başsağlığı verir. Allah rəhmət eləsin
 
Qeyd edək ki, Aydın İbrahimov dünya və Avropa çempionatlarında medal qazanan ilk güləşçimiz olub. Gəncə güləş məktəbinin yetirməsi SSRİ dönəmində AÇ və DÇ ilə yanaşı, Olimpiadada da fəxri kürsüyə qalxan yeganə güləşçimiz olub. Sərbəst güləşdə 57 kq-da dünya və Avropa çempionu ünvanına sahib çıxmaqla yanaşı, Olimpiadanın (Tokio-1964) bürünc medalını əldə edib. Həmçinin dəfələrlə SSRİ çempionatının qalibi və mükafatçısı olub.

Digər xəbərlər