Hondanın yeni klubu müəyyənləşdi

  Bölmə: Xarici futbol | 138 | 23:03 14-09-2021
Hondanın yeni klubu müəyyənləşdi

Məhşur yaponiyalı futbolçu Keysuke Hondanın yeni klubu müəyyənləşib.

Ötən mövsümün sonunda "Neftçi"dən ayrılan yarımmüdafiəçi karyerasını Litvada davam etdirəcək. O, "Suduva" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq sözləşmənin detalları açıqlanmayıb. 

Qeyd edək ki, Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub. O, karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və "Botafoqo"da  da (Braziliya) çıxış edib.


Digər xəbərlər