Mahir Emreli: "Özümü ulduz kimi düşünməyə vaxtım yoxdur"

  Bölmə: Ölkə futbolu | 741 | 17:26 21-09-2021
Mahir Emreli: "Özümü ulduz kimi düşünməyə vaxtım yoxdur"

"Legiya"da çıxış edən millimizin üzvü  Mahir Emreli Polşanın "Piłka Nozna" nəşrinə müsahibə verib. 

 

- Polşanı bəyənirsən?

 

- Klub ən yüksək səviyyədədir. Yüksək səviyyəli təlim-məşq bazamız var, Avropa Liqasının qrup mərhələsində oynayırıq, heç bir şeydən şikayət edə bilmərəm. Əlbəttə, ailəm və dostlarım üçün darıxıram, bu, normaldır. Ölkəni bu qədər uzun müddət tərk etdiyim ilk dəfədir. Ancaq Varşavaya uyğunlaşma prosesi artıq geridə qalıb, özümü evdəki kimi hiss edirəm.

- Küçələrdə və matçlarda azarkeşlərin sənin adını yazılı formalarını geyindiyini  gördüm.

- Doğrudan? Buna fikir verməmişəm (gülür). Təbbi ki, zarafat edirəm.  Mən də bunu gördüm, amma həmin insanları tanımıram. Bəlkə onlar Varşavada yaşayan azərbaycanlılardır? Bacım cəmi bir dəfə burada olub, amma hazırda Azərbaycandadır. Tezliklə Polşaya qayıdacaq, anam da matçlara gələcək.

- Varşavada yaşayan azərbaycanlılar transferdən sonra sizinlə əlaqə saxladılar?

- Onlardan təbrik və dəstək mesajları aldım. Mən də onlarla münasibətləri gücləndirməyə çalışıram. Bir neçə dəfə ölkəmdən gələn ənənəvi yeməkləri yeyib, həmyerlilərimlə söhbət edə biləcəyim Azərbaycan restoranına baş çəkmişəm.

- Hazırda özünüzü Polşada ən məşhur azərbaycanlı kimi hiss edirsinizmi?

- Bu sorğuda çox rəqabət olacağını düşünmürəm, çünki Polşa liqasında Azərbaycandan yalnız iki oyunçu oynayır - mən və Azərbaycan millisindən və liqasından tanıdığım  "Vilsa"nın (Plotsk) futbolçusu Anton Krivotsyuk. Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm. Futbol oynayıram, çünki uşaqlıqdan bəri bunu sevirəm və həmişə futbolçu olmaq istəmişəm. Populyarlığımın getdikcə artdığını başa düşürəm,  daha çox insan məni qiymətləndirir. Mənə bir dəqiqə vaxt verin, peşəkar oyunçu olmağın minlərlə başqa faydasını tapacağam (gülür). Hər gün matç oynaya, məşq edə və bununla yaşaya bilmək həqiqətən böyük bir şeydir. Dünyanın ən yaxşı işinə sahibəm! Bir neçə il əvvəl Azərbaycan millisinə çağırılana qədər bunu qiymətləndirmədim. 19 yaşım var idi və məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki ilk matçlardan əvvəl məni müsahibəyə dəvət etdi. Bir az gərgin olduğumu gördü, mənə kömək etmək istədi, buna görə də stressimin səbəbini soruşdu. Təlim-məşq toplanışına ilk dəfə gəldiyim üçün əsəbi olduğumu söylədim. Baş məşqçi  o vaxt mənə bunu dedi: dünyada futbol oynamaqdan yaxşı iş yoxdur. Bu sözlər yaddaşımda qaldı, o vaxtdan bəri heç vaxt meydançaya çıxmazdan əvvəl qorxu hiss etməmişəm. Bir söhbət mənim yanaşmamı, düşüncəmi tamamilə dəyişdi. Əminəm ki, bunun sayəsində irəli gedirəm. Dünyada futbol oynamaqdan yaxşı iş yoxdur. 

- Komandaya çox yaxşı qoşuldunuz, Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərində vacib qollar vurdunuz. Özünüzü "Legya"nın ulduzu kimi hiss edirsinizmi? 

- Bu faktları bir araya gətirdikdə, komandanın ulduzu olduğumu düşünə bilərsiniz. Amma bu sizin fikrinizdir. Mənim beynimdə tamam başqa bir şey var. Mənim üçün komanda ən önəmlidir. Təbii ki, azarkeşlərin səni dəstəklədiyini, səni qiymətləndirdiyini hiss etmək çox gözəl hissdir, amma bilirəm ki, yenə də daha yaxşı ola və inkişaf edə bilərəm. Özümü ulduz kimi düşünməyə vaxtım yoxdur. Karyeramın zirvəsi hələ qarşıdadır, ona görə də bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşünmək ölümcül olardı, qazandığım uğurlara arxalana bilərəm və ehtiyacım olan son şey budur. İnkişaf etmək, hər gün daha yaxşı futbolçu olmaq istəyirəm. Ailəmlə futbol haqqında çox danışıram, hər zaman hərəkət etməli olduğumu bilirəm.

- Polşa liqasının sizin üçün karyeranızda yalnız bir dayanacaq olduğuna dair fikirlər doğrudurmu?

- Bəli, bunu gizlətmirəm.

- Nə vaxta qədər?

- Bilmirəm, lazım olduğu qədər. Arzuladığım ambisiyalarım var.  Avropanın top-komandalarında oynayan ilk azərbaycanlı olmaq istərdim. Bunun üçün hər gün çox çalışıram.

- Polşa liqası inkişaf üçün Azərbaycan liqasından daha yaxşı yerdirmi?

- Hər iki liqanı bütövlükdə müqayisə etsəniz, Ekstraklasa daha yaxşıdır. Azərbaycanda səkkiz, Polşada on səkkiz komanda oynayır. Polşa hamı bir-birinə qalib gələ bilir. Bu, oyunları azarkeşlər üçün daha cəlbedici edir və matçları izləməyi daha da zövqləndirir. Azərbaycanda osə digər komandalar üzərində dominantlıq edən və avrokubokların qrup mərhələsində müntəzəm oynayan "Qarabağ" kimi çox güclü klub var.


Digər xəbərlər