Honda: "Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim"

  Bölmə: Xarici futbol | 978 | 00:46 25-09-2021
Honda: "Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim"

Litva "Suduva"sına keçən yaponiyalı futbolçu Keysuke Honda "Neftçi"dən ayrılmasının səbəbləri haqda danışıb.

O, keçirilən mətbuat konfransında bununla bağlı deyib:

 

"Klubda mənə müqavilə imzalamağı təklif etdilər. Amma mən həmişə yeni çağırışlar axtarıram. Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim. Ancaq mən beləyəm, yeni çağırış istəyirəm. Ona görə buradayam. Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım".

Qeyd edək ki, Honda  ötən mövsümün sonunda "Neftçi"dən ayrılıb. O, Bakı klubunun heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.


Digər xəbərlər