"Qəbələ" yenidən lider oldu, "Neftçi" qalib gəldi

  Bölmə: Ölkə futbolu | 375 | 10:39 27-09-2021
"Qəbələ" yenidən lider oldu, "Neftçi" qalib gəldi

Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

İkinci oyun günündə daha 2 matç keçirilib. Əvvəlcə autsayder "Sabah" "Neftçi"ni qəbul edib. Meydan sahibləri mövsümdə ilk qələbəsini qazanamağa çalışsa da, "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə ardıcıl 3 oyundur qalib gələn "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Bu matçda qapılara qol vurulmayıb. Xallarını 11-ə çatdıran "Qəbələ" yenidən turnir cədvəlində ilk pilləyə yüksəlib. 

 

26 sentyabr

Azərbaycan Premyer Liqası

5-ci tur

19:15. “Sumqayıt” – “Qəbələ” - 0:0 
Hakimlə
r: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

17:00. “Sabah” – “Neftçi” - 1:2 

Qol: Ramon Maçado, 20 (0:1), Mamadu Kane, 78 (0:2), Aleksey İsayev, 81 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

25 sentyabr (şənbə)

“Səbail” – “Zirə” - 1:2

"Keşlə” – “Qarabağ” - 1:1

N Klublar O Q H M T-F X
1 Qəbələ 5 3 2 0 11-3 11
2 Qarabağ 5 3 2 0 9-3 11
3 Neftçi 5 3 1 1 10-6 10
4 Zirə 5 2 2 1 7-5 8
5 Sumqayıt 5 2 1 2 4-3 7
6 Səbail 5 2 0 3 3-10 6
7 Sabah 5 0 1 4 2-8 1
8 Keşlə 5 0 1 4 2-10 1


Bombardirlər:

Davit Volkov ("Zirə") - 5 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 3 qol
Filip Ozobiç ("Qarabağ") - 3 qol
Rəhim Sadıxov ("Sumqayıt") - 2 qol
Fəhmin Muradbəyli ("Neftçi") - 2 qol
Musa Qurbanlı ("Qarabağ") - 2 qol
Yaovi Akakpo ("Qəbələ") - 2 qol
Vadji İbrahima ("Qarabağ") - 2 qol
Emin Mahmudov ("Neftçi") - 2 qol
Rafael Utziq ("Qəbələ") - 2 qol
İsnik Alimi ("Qəbələ") - 2 qol


Digər xəbərlər