"Qarabağ"ın daha bir futbolçusu "Omoniya"ya qarşı oynamayacaq

  Bölmə: Ölkə futbolu | 677 | 16:02 29-09-2021
"Qarabağ"ın daha bir futbolçusu "Omoniya"ya qarşı oynamayacaq

"Qarabağ" komandası Kiprdə "Omoniya" ilə keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl növbəti futbolçu itkisi ilə üzləşib.

Bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, İsmayıl İbrahimli ötən gün məşqdə əzələsini dartıb. 23 yaşlı yarımmüdafiəçi yaşıl meydanlardan 2 həftəyədək kənarda qalacaq.

Zədələrini sağaldaraq məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də sabahkı görüşdə iştirakı gözlənilmir. "Köhlən atlar"ın ispaniyalı legioneri Xayme Romero əməliyyat olunduğu üçün ən azı 6 ay meydana çıxmayacaq.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər