“Qarabağ”ın qolu ən yaxşı seçildi

  Bölmə: Ölkə futbolu | 608 | 19:19 01-10-2021
“Qarabağ”ın qolu ən yaxşı seçildi

Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı qolu müəyyənləşib.

UEFA-nın saytında azarkeşlər arasındakı aparılan sorğunun nəticəsinə görə, “Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borqesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib. Həmin qol 52-ci dəqiqəyə təsadüf edib.

 

Braziliyalı yarımmüdafiəçi 90+4-cü dəqiqədə də fərqlənərək, dubl müəllifi olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 4:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər