Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

  Bölmə: Güləş | 396 | 16:46 02-10-2021
Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov ardıcıl olaraq Ahmed Dudarov (Almaniya), Məhəmməd Əliyev (Ukrayna) və Sandro Aminaşviliyə (Gürcüstan) qalib gələrək yarımfinala yüksəlib. Abakarov finala gedən yolda Deyvid Teylorla (ABŞ) güləşəcək. 

74 kq-da yarışan Coşqun Əzimov 1/16 final mərhələsində Mathayo Mahabilanı (Keniya) yensə də, Azamat Nurikovla (Belarus) bacarmayıb. Nurikov finala çıxsa, Əzimov sabah təsəlliverici görüşlərə qatılacaq.

Kənan Heybətov (61 kq) ilk görüşündə Yaroslav Xurskiyə (Ukrayna) uduzub. Onun rəqibi növbəti raundda məğlub olduğu üçün Heybətov mübarizəni dayandırıb.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


Digər xəbərlər