UEFA Rauf Cabarova növbəti təyinatı verdi

  Bölmə: Ölkə futbolu | 644 | 12:14 04-10-2021
UEFA Rauf Cabarova növbəti təyinatı verdi

Azərbaycanlı FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.

O, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Kosovo – Çexiya matçının baş hakimi olacaq.

Ona yan xətdə Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.

Qeyd edək ki, görüş oktyabrın 7-də keçiriləcək.


Digər xəbərlər