Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksələ bilməyib

  Bölmə: Güləş | 504 | 19:22 04-10-2021
Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksələ bilməyib

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda güləşəcək.

97 kq-dakı İslam İlyasov isə yarışı medalsız başa vurub. Buna onun 1/8 finalda uduzduğu belaruslu Aleksandr Xuştinin finala çıxa bilməməsi səbəb olub. 


Digər xəbərlər