Güləşçimiz bürünc medal qazandı

  Bölmə: Güləş | 686 | 11:44 05-10-2021
Güləşçimiz bürünc medal qazandı

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq.) Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Onun rəqibi Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub. Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb - 2:0.

Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Daha əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib.


Digər xəbərlər