Olimpiya çempionu mer seçildi

  Bölmə: Maqazin | 513 | 21:50 05-10-2021
Olimpiya çempionu mer seçildi

Sərbəst güləş üzrə gürcüstanlı Olimpiya çempionu Vladimir Xinçeqaşvili böyüyüb başa çatdığı Qori şəhərinin meri seçilib.

OLİMPSPORT xəbər verir ki, Rio Olimpiya Oyunlarının qalibi bununla da peşəkar idman karyerasını başa vurub. 

Qeyd edək ki, yeni mer Olimpiya çempionu olduqdan sonra Qori şəhərində öz şəxsi vəsaiti hesabına müasir standartlara uyğun olan güləş məktəbi tikib inşa etdirib. Onun bu xeyirxah əməli bununla başa çatmayıb. Beləki, güləşin təəssübünü çəkən böyük insan öz şəxsi məşqçisini həmin məktəbə direktor təyin edib.

Xatırladaq ki, Vladimir Xinçeqaşvili Rio-2016-da 1/2 finalda(57 kq) iki qat Olimpiya mükafatçımız Hacı Əliyevə qalib gəlmişdi.

Biz də Azərbaycan güləş ailəsi adından yeni meri təbrik edir, ona yeni vəzifəsində uğurlar arzulayırıq.

 


Digər xəbərlər