Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşüb

  Bölmə: Gənclər siyasəti | 168 | 14:06 15-10-2021
Gənclər və idman naziri GUAM-ın baş katibi ilə görüşüb

Oktyabrın 15-də gənclər və idman naziri Fərid Qayıbov GUAM-ın (Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat) baş katibi Altay Əfəndiyevlə görüşüb. Gənclər və İdman Nazirliyində keçirilən görüşdə bu təşkilata üzv ölkələr arasında dövlət gənclər siyasəti və idman sahəsində əməkdaşlığın mümkünlüyü məsələləri müzakirə edilib.

Fərid Qayıbov bildirib ki, beynəlxalq müstəvidə bir-birini dəstəkləyən və həmrəyik nümayiş etdirən bu ölkələrin gənclər sahəsində təcrübə mübadiləsi və eləcə də birgə idman təlim-məşq toplantılarının və digər tədbirlərin təşkili bütün tərəflər üçün faydalı olardı.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə GUAM-a üzv ölkələrin gənclər siyasəti və idmana məsul dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.


Digər xəbərlər