"Qarabağ"la oyunlara görə bizi qınayanlar oldu"

  Bölmə: Ölkə futbolu | 672 | 11:03 19-10-2021
"Qarabağ"la oyunlara görə bizi qınayanlar oldu"

Şotlandiya "Aberdin"inin prezidenti Deyv Kormak Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları xatırladıb. 

O, "BBC Scotland Sportsound"a açıqlamasında bununla bağlı bildirib: 

"Qarabağ"la matçlara görə bizi qınayanlar oldu. Ancaq nə qədər yaxşı oynadığımızla bağlı mesajlar da yazdılar. "Qarabağ"la oyunlardan sonra mübarizəni dayandırdıq. Amma nəzərə almaq lazımdır ki, "Aberdin" 14 ildən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində çıxış edirdi. Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi".

Qeyd edək ki, "Qarabağ" "Aberdin"ə evdə 1:0, səfərdə isə 3:1 hesabı ilə qalib gəlmişdi.


Digər xəbərlər