“Turan Tovuz”un oyununda 6 qol

  Bölmə: Ölkə futbolu | 523 | 17:43 20-10-2021
“Turan Tovuz”un oyununda 6 qol
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci tura yekun vurulub.
 
Sonuncu oyun günündə daha üç görüş baş tutub.
 
“Zirə” və “Sabah”ın əvəzedicilərinin oyununda qapılara beş qol vurulub. Yekunda qonaqlar qələbəni bayram edən tərəf olub.
 
“Turan Tovuz” – “Qaradağ Lökbatan” görüşü də məhsuldar alınıb və qonaqların qələbəsiylə yekunlaşıb.
 
MOİK isə “Zaqatala”nı məğlub yola salıb.
 
Birinci Divizion
5-ci tur
 
 
20 oktyabr
 
Zirə-2 – Sabah-2 2:3
Qol: Samir Ağayev, 45+1. Zahid Mərdanov, 57-pen – Kamran Quliyev, 7. Cavidan İzzətli, 71-avtoqol. Ceyhun Nuriyev, 77.
Qırmızı vərəqə: Əli Mürsəlov, 80 (“Zirə-2”)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Cavid Cəlilov.
Bakı. “ASK Arena”, 14:00.
 
MOİK – Zaqatala 2:0
Qol: İlham Allahverdiyev, 1. Elvin Nəsibov, 73.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Ruslan Quliyev, Səbuhi Bayramov.
Binə qəsəbə stadionu, 14:00.
 
Turan Tovuz – Qaradağ Lökbatan 2:4
Qol: Fərmayıl Əliyev, 41. Akif Tağıyev, 62-pen – Sabir Allahquliyev, 6-pen; 30-pen; 35. Ceyhun Muxtarlı, 79.
Qırmızı vərəqə: Səbayıl Bağırov, 29 (“Turan Tovuz”)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Kərim Zeynalov, Emin Əliyev.
Tovuz şəhər stadionu, 14:30.

Digər xəbərlər