Azərbaycanın yunan-Roma güləşçisi dünya üçüncüsü olub

  Bölmə: Güləş | 168 | 21:28 02-11-2021
Azərbaycanın yunan-Roma güləşçisi dünya üçüncüsü olub

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında bürünc medal görüşünə çıxıb.

55 kq-da mübarizə aparan idmançı ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gəlib.

Rəqibini 9:0 hesabı ilə məğlub edən Quluzadə dünya üçüncüsü olub və Azərbaycana bu yarışda ilk medalı qazandırıb.


Digər xəbərlər