"Hamı bizə azarkeşlik etməyə gəlsə..." - "Kayrat"ın futbolçusu

  Bölmə: Ölkə futbolu | 2202 | 16:42 03-11-2021
"Hamı bizə azarkeşlik etməyə gəlsə..." - "Kayrat"ın futbolçusu

"Hava şəraiti oyuna mane olmamalıdır. Bu, futbol üçün normal haldır".

Bu sözləri Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Rade Duqaliç Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda sabah "Qarabağ"a qarşı keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

 

29 yaşlı müdafiəçi Almatının soyuğuna artıq öyrəşdiklərini bildirib: "Fikrimcə, qorxulu heç nə yoxdur. Hamı bizə azarkeşlik etməyə gəlsə, tribunlar və meydan isti olacaq".

Qeyd edək ki,  sabah keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Digər xəbərlər