İki boksçumuzdan bürünc medal - Dünya çempionatı

  Bölmə: Digər növlər | 661 | 10:26 05-11-2021
İki boksçumuzdan bürünc medal - Dünya çempionatı

Azərbaycan daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal döyüşünə çıxıb.

Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevə 0:5, Məhəmməd Abdullayev (+92 kq) isə ermənistanlı Davit Çaloyanla 0:5 hesabı ilə uduzub. Finala yüksələ bilməyən idmançılarımız bürünc medal qazanıblar.

 

Xatırladaq ki, 86 kq-da mübarizə aparan boksçumuz Alfonso Dominges isə finala yüksəlib.  O, həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək. 


Digər xəbərlər