Boksçumuz dünya çempionatının finalında

  Bölmə: Digər növlər | 189 | 10:27 05-11-2021
Boksçumuz dünya çempionatının finalında

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

86 kq-da mübarizə aparan idmançı yarımfinalda kubalı Ruis Kordoba ilə qarşılaşıb.

 

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını finala yazdırıb. Sabah keçiriləcək final qarşılaşmasında Domingesin rəqibi braziliyalı Keno Maçado olacaq. 

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 boksçusu yarımfinal görüşlərini keçirəcək. Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevlə, Məhəmməd Abdullayev (+92 kq) isə ermənistanlı Davit Çaloyanla üz-üzə gələcək.


Digər xəbərlər