Azərbaycan kubokunun püşkü atıldı

Bu gün Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib.
Tədbir AFFA-nın inzibati binasında təşkil olunub. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. Əlavə edək ki, "Turan Tovuz" isə ölkə kubokuna qatılmaqdan imtina edib.
Püşkün nəticəsinə görə, 1/8 final, 1/4 və 1/2 final aşağıdakı cütlüklər şəklində olacaq.
1/8 final
(10-11 dekabr 2021-ci il)
1. "Səbail" - "Zaqatala"
2. "Sabah" - "Kəpəz"
3. "Qəbələ" - MOİK
4. "Keşlə" - "Qaradağ-Lökbatan"
1/4 final
(1-2 və 12-13 fevral 2022-ci il)
5. "Zirə" – 1-ci cütün qalibi
6. "Neftçi" – 2-ci cütün qalibi
7. "Sumqayıt" – 3-cü cütün qalibi
8. "Qarabağ" – 4-cü cütün qalibi
1/2 final
(20 və 29 aprel)
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
Final
(27 may)
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.
-
"Qarabağ" və "Keşlə"dən qələbə
...
-
UEFA futzal üzrə Azərbaycan yığmasını cərimələyib
...
-
"Neftçi" və "Zirə"dən qələbə
...
-
"Qarabağ" Emil Balayevlə müqaviləyə xitam verib
...
-
"Neftçi"nin futbolçusu Latviya klubuna keçib
...
-
“Zaqatala” və MOİK-dən qələbə
...
-
"Kəpəz" və "Turan Tovuz" uduzdu
…
-
De Byazi Xocalı qurbanlarının xatirə abidəsini ziyarət etdi
…
-
Mahirin komandası Avroliqa ilə vidalaşdı
...
-
"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı
...