"Bu gün sürprizlə qarşılaşmadıq" - Lük Holts

  Bölmə: Ölkə futbolu | 1130 | 02:13 12-11-2021
"Bu gün sürprizlə qarşılaşmadıq" - Lük Holts

Lüksemburq yığmasının baş məşqçisi Lük Holts DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qalib gəldikləri oyun (3:1) barədə danışıb. 

O, görüşdən sonra keçirilən mətbuat konfransında qələbəni belə şərh edib: 

“Bu gün sürprizlə qarşılaşmadıq. Çünki Azərbaycana qarşı iki ay əvvəl oynamışdıq. Rəqibin yaxşı oyunçuları var. Düzü, qırmızı vərəqə də öz sözünü dedi. Amma komandamın performansından razı qalmadım. Xüsusən də, qırmızı vərəqədən birinci qola qədər yaxşı çıxış etmədik”.

Mütəxəssis Lüksemburq millisinin inkişafı və Azərbaycan yığmasının durumu barədə də danışıb:

"Azərbaycan millisinə hansısa tövsiyəni vermək mənə yaraşmaz. Azərbaycanda kifayət qədər məşqçilər var. Hər kəsin vizyonu var. Biz sadəcə, futbol fəlsəfəsini dəyişməyə çalışdıq. Əvvəllər müdafiədən oynamaq, çox risk almamağa çalışdıq. Amma bunu dəyişdik. Komanda artıq yüksək səviyyədə pressinq edir, topa sahib olanda hücum futbolu göstərir. Düşünürəm ki, bu səviyyəyə gəlməyimizdə bunun rolu oldu".

Holts “Şerif”in heyətində yaxşı oyunu ilə diqqət çəkən Sebastyan Tillin meydana ehtiyyatdan çıxmasının xüsusi səbəbinin olub-olmaması barədə sualı belə cavablandırıb:  

"Yarımmüdafiə xəttimizdə güclü oyunçularımız çoxdur. Üstəlik, futbolçularımız son vaxtlar çox oyun keçiriblər. Oyunçuların bərpası üçün belə qərar qəbul etdik".


Digər xəbərlər