Fərid Qayıbov Şabran şəhərində görüş keçirib

  Bölmə: Gənclər siyasəti | 152 | 16:49 13-11-2021
Fərid Qayıbov Şabran şəhərində görüş keçirib

Gənclər və idman naziri Fərid Qayıbov şimal bölgəsinə səfəri çərçivəsində, noyabrın 12-də Şabran şəhərində görüş keçirib.

Görüşdə Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı və Şabran rayonlarının gənclər və idman idarələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin, ASAN könüllüləri, Aqrar inkişaf könüllüləri, Tələbə-Gənclər Təşkilatı və digər gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Görüş zamanı nazir hər rayonda gənclərlə iş sahəsində mövcud çətinliklər və görülən işlər barədə məlumatları ayrı-ayrılıqda dinləyib.
Gənclərin zərərli vərdişlərdən qorunması, onların idman qurğularından istifadəsi, asudə vaxtın səmərəli təşkili, düzgün peşə seçiminə dəstək, region gənclərinin beynəlxalq tədbirlərdə daha fəal təmsil olunması və digər məsələlər barədə müzakirələr aparıb.

Gənclər və idman qurumlarının fəaliyyətinin qarşılıqlı əməkdaşlıq şəraitində və əlaqələndirilmiş formada təşkilinin əhəmiyyətini, eləcə də bu formatlı müzakirələrin faydalı olduğunu bildirən nazir Fərid Qayıbov regionda fəaliyyət göstərən gənclər təşkilatları ilə yerli idarələrin öz aralarında birgə görüşlər keçirmələrini tövsiyə edib.


Digər xəbərlər