Dünya çempionatının 6 iştirakçısı bəllidir

  Bölmə: Qatar-2022 | 235 | 11:00 14-11-2021
Dünya çempionatının 6 iştirakçısı bəllidir
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 5-ə çatıb.
 
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu turun oyunlarından sonra daha iki komanda mundiala vəsiqə qazanıb.
 
Bunlar Belçika və Fransa yığmalarıdır. Fransa D, Belçika isə E qrupunda bütün rəqibləri üçün əlçatmaza çevrilib.
 
Xatırladaq ki, daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Almaniya, Danimarka və Braziliya yığmalarının dünya çempionatında iştirak edəcəyi dəqiqləşmişdi.
 
Gələn il Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.

Digər xəbərlər