Media nümayəndələri arasında üzgüçülük turniri keçirilib

  Bölmə: Gənclər siyasəti | 159 | 01:02 15-11-2021
Media nümayəndələri arasında üzgüçülük turniri keçirilib

Noyabrın 14-də Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, Su İdmanı Sarayı və İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında üzgüçülük turniri keçirilib.

50 m məsafəyə sərbəst üsulla üzmə yarışının nəticələrinə əsasən, İctimai Televiziyanın əməkdaşı Maksim Tsurkov turnirin qalibi olub. İkinci-üçüncü yerləri isə müvafiq olaraq, Pavel Antonov (Sputnik.az) və Rəşad Cavadov (“Sportsmen” jurnalı) tutublar.

Qaliblərə diplom, medallar və təşkilatçılar tərəfindən hədiyyələr, bütün iştirakçılara isə xüsusi sertifikatlar təqdim edilib.
Mükafatları Su İdmanı Sarayının direktoru, Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov, Gənclər və İdman Nazirliyinin mətbuat katibi, AİJF prezidenti Qabil Mehdiyev, üzgüçülük üzrə milli yığma komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov təqdim ediblər.

Yarışdan sonra turnir iştirakçıları və digər media nümayəndələri üçün Su İdmanı Sarayı kompleksi üzrə tanışlıq turu təşkil olunub. Tur zamanı Sarayın direktoru Elçin Həsənov və Üzgüçülük üzrə milli yığma komandanın baş məşqçisi Rəşad Əbürrəhmanov media nümayəndələrinə kompleksin şəraiti və fəaliyyəti barədə məlumat verib, onların suallarını cavablandırıblar.


Digər xəbərlər