Cavid Allahverdiyevin Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşovla görüşü olub

  Bölmə: DNMAİF | 136 | 18:45 15-11-2021
Cavid Allahverdiyevin Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşovla görüşü olub

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyevin Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşovla görüşü olub. Görüşdə "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev də, iştirak edib.

Görüş zamanı narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, gənclərin daha çox idmana meyl edilməsi, sağlam həyat tərzinin təbliği kimi məsələlərdə mətbuatın rolundan danışılıb. Gələcək layihələrlə bağlı maraqlı və faydalı müzakirələr aparılıb.

Sonda, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının 2011-2020-ci illərdə fəaliyyətinə həsr olunmuş kitab Əflatun müəllimə hədiyyə olunub.


Digər xəbərlər