İngiltərə və İsveçrə DÇ-2022-nin final mərhələsində

  Bölmə: Qatar-2022 | 203 | 10:52 16-11-2021
İngiltərə və İsveçrə DÇ-2022-nin final mərhələsində

DÇ-2022-nin seçmə mərhələsində 10-cu tur davam edir. 

C qrupunda İtaliya millisi səfərdə Şimali İrlandiya ilə qolsuz bərabərə qalıb, İsveçrə isə evdə Bolqarıstanı darmadağın edib- 4:0. Bununla da İsveçrə 1-ci yerin sahibi kimi mundiala birbaşa vəsiqə qazanıb. İtaliya isə "pley-off"da oynayacaq.

İ qrupunda İngiltərə San Marinonun qonağı olub və 10:0 hesabı ilə qalib gəlib. Bu nəticə ilə İngiltərə DÇ-2022-yə birbaşa vəsiqə qazanıb.

DÇ-2022, seçmə mərhələ
10-cu tur
15 noyabr

C qrupu

23:45. Şimali İrlandiya - İtaliya - 0:0

23:45. İsveçrə - Bolqarıstan - 4:0
Qollar: Noa Okafor, 48, Ruben Varqas, 57, Sedrik İtten, 72, Remo Froyler, 90+1

Xal durumu: İsveçrə - 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3

F qrupu

23:45. İsrail - Farer adaları - 3:2
Qollar:
 Munes Dabbur, 30 -pen, Şon Vaysman, 58, Dor Perets, 74 - Sölvi Vatnhamar, 62, Klemint Olsen, 72

23:45. Şotlandiya - Danimarka - 2:0
Qollar:
 Harri Suttar, 35, Çe Adams, 86

23:45. Avstriya - Moldova - 4:1
Qollar:
 Marko Arnautoviç, 4; 55, Kristofer Trimmel, 22, Deyan Lyubiçiç, 83 - İon Nikolaesku, 60

Xal durumu: Danimarka - 27, Şotlandiya - 23, İsrail - 16, Avstriya - 16, Farer adaları - 4, Moldova - 1

I qrupu

23:45. San Marino - İngiltərə - 0:10
Qollar: 
Harri Maquayr, 6, Filippo Fabbri, 15 (avtoqol), Harri Keyn, 27 (pen.); 32; 39 (pen.); 42, İmil Smit-Rou, 58, Tayron Minqz, 69, Temmi Abraham, 78, Bukayo Saka, 79
Qırmızı vərəqə: Dante Rossi, 68 (San Marino)

23:45. Albaniya - Andorra - 1:0
Qol
: Endri Çekiçi, 73-pen

23:45. Polşa - Macarıstan - 1:2
Qollar: 
Karol Sviderski, 61 - Andraş Şefer, 37, Daniel Qazdaq, 80

Xal durumu: İngiltərə - 26, Polşa - 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San Marino - 0.

Qeyd edək ki, daha əvvəl  Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.


Digər xəbərlər