Cavid Allahverdiyev Dünya Həvəskar İdman Şurasına üzv seçilib

  Bölmə: DNMAİF | 88 | 19:17 18-11-2021
Cavid Allahverdiyev Dünya Həvəskar İdman Şurasına üzv seçilib

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Bukido Dünya Federasiyasının baş katibi Cavid Allahverdiyev Dünya Həvəskar İdman Şurasına üzv seçilib.

Olimpsport.az xəbər verir ki, təqdimat mərasiminin bu ilin noyabr ayında Hindistanın Dehli şəhərində keçirilməsi planlaşdırılsa da pandemiya şəraitinə görə tədbir onlayn formatda keçirilib.

Qeyd edək ki, tədbir çərçivəsində Bukido Dünya Federasiyasının seminarının da keçirilməsi nəzərdə tutulurdu.

 


Digər xəbərlər