"Omoniya" Bakıya əsas heyətlə gəlməyəcək

  Bölmə: Ölkə futbolu | 205 | 13:33 19-11-2021
"Omoniya" Bakıya əsas heyətlə gəlməyəcək

Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Omoniya" Bakıya tam heyətlə gəlməyəcək.

Komandanın turnirdə iddiası qalmadığından baş məşqçi Henninq Berq əsas heyətin  bir neçə üzvünə istirahət verəcək.

 

Xəbərdə qeyd olunub ki, Afrika və Cənubi Amerikadan olan legionerlər milli komandaların düşərgəsindən yenicə qayıtsalar da, onlar Kipr çempionatında noyabrın 21-də "Aris"lə keçiriləcək oyunda meydana çıxacaqıar. Əvəzində bu futbolçulara "Qarabağ"la oyunda istirahət veriləcək. 

"Omoniya"nın bütün diqqətini yerli çempionata yönəltdiyi bildirilib.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. "Qarabağ" 10 xalla qrup lideridir. "Omoniya" isə 2 xalla 3-cü yedədir.


Digər xəbərlər