Vüqar Həşimov memorialı bərpa olunur

İlin sonunda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat super turniri keçiriləcək.
Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğuyla baş tutacaq Memorial dekabrın 17-də start götürəcək.
VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək. Bu dəfə mötəbər şahmat yarışına “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
İlk dəfə 2014-cü ildə baş tutan Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub. 2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.
Qeyd edək ki, Vüqar Həşimov Memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.
-
Azərbaycan döyüşçüləri dünya çempionatından 5 medal qazanıblar
...
-
Oleq Krapivinə dəstək
...
-
Trek üzrə mövsümün açılış yarışı keçirilib
...
-
Fərid Qayıbov: "Yerli idman növlərini inkişaf etdirmək istəyirik"
...
-
Azərbaycan taekvondoçuları İrandakı beynəlxalq turnirdə iştirak edəcək
...
-
Azərbaycan Cüdo Federasiyası Kindzerskaya köməyini təklif edib
...
-
Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək
...
-
Ukraynalı futbolçu Rusiyanın bombardmanı nəticəsində ölüb
...
-
Şəhriyar Məmmədyarov FIDE reytinqində irəliləyib
...
-
Azərbaycanda üç idman federasiyası ləğv olundu
...