İrina Zaretska dünya çempionu oldu

  Bölmə: Olimpiya Növləri | 272 | 22:55 20-11-2021
İrina Zaretska dünya çempionu oldu

Dubayda keçirilən karate üzrə dünya çempionatında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.

68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda italiyalı Silvia Semeraroya qalib gəlib.


Kumite üzrə komanda yarışında isə yığmamız bürünc medal uğrunda Özbəkistanla üz-üzə gələcək.


Qeyd edək ki, bundan əvvəl karateçimiz Asiman Qurbanlı (+84 kq) dünya çempionatında bürünc medala sahib olub.

Azərbaycan çempionata 17 karateçi ilə qatılıb. Çempionata noyabrın 21-də yekun vurulacaq.


Digər xəbərlər