“Neftçi” yenə uduzdu

  Bölmə: Ölkə futbolu | 258 | 22:57 20-11-2021
“Neftçi” yenə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Neftçi" "Bakcell Arena"da "Sabah"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 33-cü dəqiqədə flaqmanın hücumçusu Ramon Maçado açıb. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb. 53-cü dəqiqədə qonaqlar Coy-Lens Mikelsin qolu ilə tarazlığı bərpa ediblər. 69-cu dəqiqədə növbəti dəfə səhnəyə çıxan almaniyalı yarımmüdafiəçi komandasına qələbə qazandırıb. Bu, "ağ-qaralar"ın ardıcıl 3-cü məğlubiyyəti olub.

Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Sabah" "Sumqayıt"la birlikdə 5 - 6-cı yerləri bölüşdürür. 17 xalı olan "Neftçi" isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, XI turun ilk iki oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0, "Zirə" isə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də oynanılacaq "Qəbələ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.


Digər xəbərlər