Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

Dekabrın 7-dən 9-dək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyi Bakı İdman Sarayında baş tutacaq. Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunacaq.
Çempionatın proqramına əsasən, dekabrın 7-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq. Növbəti gün klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kq-da medalçıların adına aydınlıq gələcək. Yarışın son günündə isə 74, 79, 86, 92, 97 və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.
-
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya çempionatlarının mükafatçılarını təbrik edib
…
-
Ülvü gümüş medal qazandı, komanda çempion oldu
…
-
Azərbaycanın 8 yunan-Roma güləşçisi medal qazanıb
...
-
İtalyada Azərbaycan fırtınası
...
-
Heyətində heç bir legioner olmayan millimiz Avropa çempionu oldu
...
-
Elman Ağayevin finalda erməniyə qalib gəldiyi görüş
...
-
Azərbaycan sərbəst güləşdə də Avropa çempionu oldu!
...
-
Daha bir güləşçimiz Avropa çempionu adını qazandı
...
-
Elman Ağayev Avropa çempionu oldu
...
-
Elman Ağayev finalda!
...