Hacı Əliyev "Master Class" təlimi keçəcək

  Bölmə: DNMAİF | 302 | 17:32 23-11-2021
Hacı Əliyev "Master Class" təlimi keçəcək

Dünya Narkotiklə Mübarizə aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin və Olimpsport.az saytının təşəbbüsü ilə "Narkotiksiz Dünya Naminə" devizi altında sərbəst güləş üzrə "Master Class" təlimi keçiriləcək.

"Master Class" təlimi üç qat dünya və Avropa çempionu, iki qat Olimpiya mükafatçısı Hacı Əliyev tərəfindən aparılacaq.

Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutacaq tədbirin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzi keçirməsinə, güləş idman növünün inkişafına, eyni zamanda İdman və Olimpiya Hərəkatın təbliğində media orqanı kimi əvəzsiz xidmətləri olan "Olimpiya dünyası" qəzetinin 20-illiyinə töhfə verməkdir.

Qeyd edək ki, tədbir noyabr ayının 26-da Olimpiya güləş bazasında keçiriləcək.

Xatırladaq ki, Təlimdə əsasən yeniyetmə idmançılar iştirak edəcək.


Digər xəbərlər