Fərid Qayıbov boksçularımızla görüşdü

  Bölmə: Digər növlər | 198 | 22:16 24-11-2021
Fərid Qayıbov boksçularımızla görüşdü

Noyabrın 24-də gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrad şəhərində boks üzrə dünya çempionatında uğurla çıxış etmiş idmançılarımızla görüşüb.

Nazir Fərid Qayıbov dünya çempionu Alfonso Dominges, bürünc mükafatçılar Sərxan Əliyev və Məhəmməd Abdullayevi növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.

Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.


Digər xəbərlər