"Qarabağ" "Omoniya"ya qarşı

Bu gün Konfrans Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.
Turnirdəki təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Kiprin “Omoniya” klubunu qəbul edəcək. Hələ 4-cü turda qrupda ilk iki yerdən birini təmin edən “Qarabağ” doğma meydanda qələbə qazanmaqla 1/8 finala vəsiqə qazana bilər. Ancaq bu, qrupun daha tez keçiriləcək digər oyununun nəticəsindən də asılır. Yəni “Bazel” Qazaxıstan səfərində “Kayrat”a qalib gələ bilməsə, Ağdam klubu qələbə ilə adını 1/8 finala yazdıra bilər. Oyunlarda digər istənilən hesablar qeydə alınarsa, kimin 1/8 finala, kimin pley-offa gedəcəyi son turda bəlli olacaq. Qrupun sonuncu - 6-cı turunda "Qarabağ" məhz "Bazel"lə səfərdə qarşılaşcaq.
Qeyd edək ki, qrup lideri olan komanda birbaşa 1/8 finala yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.
25 noyabr
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 5-ci tur
19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə)
21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr)
Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
1 |
Qarabağ |
4 |
3 |
1 |
0 |
8 |
3 |
10 |
2 |
Bazel |
4 |
2 |
2 |
0 |
8 |
4 |
8 |
3 |
Omoniya |
4 |
0 |
2 |
2 |
3 |
8 |
2 |
4 |
Kayrat |
4 |
0 |
1 |
3 |
4 |
8 |
1 |
-
"Qarabağ" və "Keşlə"dən qələbə
...
-
UEFA futzal üzrə Azərbaycan yığmasını cərimələyib
...
-
"Neftçi" və "Zirə"dən qələbə
...
-
"Qarabağ" Emil Balayevlə müqaviləyə xitam verib
...
-
"Neftçi"nin futbolçusu Latviya klubuna keçib
...
-
“Zaqatala” və MOİK-dən qələbə
...
-
"Kəpəz" və "Turan Tovuz" uduzdu
…
-
De Byazi Xocalı qurbanlarının xatirə abidəsini ziyarət etdi
…
-
Mahirin komandası Avroliqa ilə vidalaşdı
...
-
"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı
...