"Qarabağ"dan xal itkisi, "Bazel"dən qələbə

Bu gün Konfrans Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.
Turnirdəki təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb.
Qurban Qurbanovun komandası Bakıda Kiprin “Omoniya” klubunu qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb.
Qrupun digər görüşündə isə İsveçrə “Bazel”i Qazaxıstan səfərində “Kayrat”la qarşılaşıb. Matç "Bazel"in 3:2 hesablı qələbəsi ilə başa çatıb və İsveçrə klubu 11 xalla qrup lideri olub. "Qarabağ" isə eyni xalla 2-cidir.
Bu isə o deməkdir ki, kimin 1/8 finala, kimin pley-offa gedəcəyi son turda bəlli olacaq. Qrupun sonuncu - 6-cı turunda "Qarabağ" məhz "Bazel"lə səfərdə qarşılaşcaq. Ağdam təmsilçisi 1/8 finala birbaşa yüksəlmək üçün səfər matçında mütləq qalib gəlməlidir.
Qeyd edək ki, qrup lideri olan komanda birbaşa 1/8 finala yüksələcək. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.
25 noyabr
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 5-ci tur
21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr) - 2:2
Qollar: Dyuriç, 43-pen.(0:1), Psaltis, 49-avtoqol (1:1), Andrade, 88 (2:1), Qomez, 90 (2:2)
Qırmızı vərəqə: Kiko, 66 ("Omoniya")
Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
19:30. "Kayrat" (Qazaxıstan) - "Bazel" (İsveçrə) - 2:3
Qollar: Vaqner Lav, 23 (1:0), Kabral, 45-pen. (1:1), Hovhannisyan, 56 (2:1), Zeqrova, 69 (2:2), Kasami, 73 (2:3)
1 |
Bazel |
5 |
3 |
2 |
0 |
11 |
6 |
11 |
2 |
Qarabağ |
5 |
3 |
2 |
0 |
10 |
5 |
11 |
3 |
Omoniya |
5 |
0 |
3 |
2 |
5 |
10 |
3 |
4 |
Kayrat |
5 |
0 |
1 |
4 |
6 |
11 |
1 |
-
"Cəbrayıl" UEFA Region Kubokunda ilk görüşünə çıxır
...
-
"Kəpəz"də daha dörd müqavilə
…
-
"Qəbələ" - "Fehervar" oyununun saatı müəyyənləşib
…
-
Konfrans Liqası: "Neftçi"nin "Aris"lə oyunlarının başlama saatı açıqlanıb
...
-
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
...
-
"Neftçi" israilli futbolçu ilə müqavilə bağlayıb
...
-
"Zirə"nin "Makkabi" ilə oyunlarının vaxtı açıqlanıb
...
-
UEFA-dan Rauf Cabbarova yeni təyinat
...
-
"Qəbələ" iki yeni müqavilə
...
-
"Neftçi"nin yeni baş məşqçisi açıqlandı
...