Elnur Əşrəfoğlunun məzarı ziyarət edilib

  Bölmə: Digər növlər | 858 | 13:01 28-11-2021
Elnur Əşrəfoğlunun məzarı ziyarət edilib

Tanınmış idman jurnalisti və şərhçi Elnur Əşrəfoğlunun vəfatından 40 gün ötür. Bu münasibətlə, Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN), Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri bu gün mərhum E.Əşrəfoğlunun məzarını ziyarət ediblər. Məzarı önünə AGİN, MOK və AİJF adından əklillər qoyulub.

İdman ictimaiyyəti və idman mediası nümayəndələri E.Əşrəfoğlunun jurnalistikanın və teleşərhçiliyin inkişafındakı xidmətləri, özünəməxsus rolu barədə danışaraq, mərhum jurnalist haqqında xatirələrini bölüşüblər. Bildiriblər ki, onun xatirəsi yaddaşlarda daim yaşayacaq.
Bu yaxınlarda Gürcüstanın paytaxtı Tblisidə keçirilmiş beynəlxalq media turnirində Azərbaycan jurnalistlərinin “Səni heç zaman unutmayacağıq!” pankartı xatirə kimi mərhum jurnalistin qardaşı Rəşad Şükürova təqdim edilib.


Digər xəbərlər